This is a specific ad

Ölkə üzrə 598 seçki məntəqəsində sınaq səsverməsi keçiriləcək

284

Another advertisement

Sentyabrda etnik azlıqların məskunlaşdığı rayonlar da daxil olmaqla ölkə üzrə 598 seçki məntəqəsində sınaq səsverməsi keçiriləcək və istənilən seçici orada iştirak edə biləcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə MSK məlumat yayıb.

“Tədbirin keçirilməsində məqsəd seçiciləri seçki texnologiyalarından istifadə ilə bağlı məlumatlandırmaq və səsvermə prosedurlarının praktiki bacarıqlarını formalaşdırmaqdır. Seçicilər yoxlanış və səs hesablama aparatlarının işi ilə şəxsən tanış olacaqlar. Seçki məntəqəsinin işçiləri maraqlanan şəxslərə qeydiyyat prosedurunu izah edəcəklər, səsvermə prosesinin gedişi ilə bağlı məlumat verəcəklər, həmçinin seçicilər də səsvermə prosedurlarından özləri keçəcəklər – qeydiyyatçı masasının yanında sınaq üçün bülletenin dairəsini rəngləmək, gizli səsvermə kabinəsində səsvermə bülleteni üzərində dairənin rənglənməsi, səsvermənin gizliliyini təmin etmək üçün bülleteni  zərfə yerləşdirmə; bülletenin səs sayma aparatına (qutu) qoyulması.

Seçki administrasiyası seçiciləri səsvermə prosedurlarında praktiki bacarıqlarını təkmilləşdirmək, saxta səsvermədə iştirak etmək və seçki texnologiyaları ilə şəxsən tanış olmaq üçün daha bir fürsətdən istifadə etməyə təşviq edir. Xatırladaq ki, Gürcüstanda həyata keçirilən seçki islahatı nəticəsində parlamentin növbəti və ondan sonrakı bütün seçkiləri seçki texnologiyalarından istifadə edilməklə keçiriləcək.

Oktyabrda seçicilərin demək olar ki, 90%-i seçki texnologiyalarından istifadə etməklə seçkilərdə iştirak edəcək. Seçicilərin yoxlanılması (qeydiyyatı) və səsvermə prosedurları dəyişir. Müvafiq olaraq, seçicilərin texnoloji yeniliklər haqqında məlumatlandırılması və maarifləndirilməsi seçki administrasiyasının əsas prioritetlərindən biridir. Ümumi seçkilərə il yarım qalmış seçki administrasiyası tərəfindən beynəlxalq standartlara və tövsiyələrə də uyğun gələn genişmiqyaslı məlumat kampaniyasına start verilib.

Seçki texnologiyalarının nümayişi tədricən bütün ölkə üzrə insanların sıx olduğu yerlərdə, dövlət və özəl strukturlarda keçirilir. Qeyd edək ki, hazırda yarım milyondan çox seçici məlumatlandırılıb”, – deyə  MSK-nın yaydığı məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkədə kirpiyə görə təyyarənin uçuşu gecikdi
Öncəki yazı
მიმდინარე წლის 9-10 სექტემბერს დმანისის მუნიციპალიტეტის განათლების, კულტურის, სპორტისა და ახალგაზრდობის საქმეთა სამსახურის ორგანიზებით ჩატარდება ათუკა აფრასიძის ხსოვნისადმი მიძღვნილი ჩემპიონატი მინი ფეხბურთში