This is a specific ad

İran paytaxtını dəyişə bilər

392

Another advertisement

İran Prezidenti Məsud Pezeşkian ölkə hakimiyyətinin paytaxtını daha cənuba köçürmək niyyətini açıqlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, iqtisadi səbəblərdən Tehranın respublikanın əsas şəhəri kimi qalması artıq mümkün deyil.

Prezident qeyd edib ki, yeni paytaxtın Fars körfəzi sahillərinə yaxın yerləşməsi daha düzgün olar.

Qeyd edək ki, indiki paytaxt İranın şimalında, Elbrus dağ silsiləsinin ətəyində, Xəzər dənizi sahilindən 90 km cənubda yerləşir. Tehran 1786-cı ildə ölkənin əsas şəhəri olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Süni intellekt dünyanı məhv edəcək?
Öncəki yazı
Olimpiyaçılar və paralimpiyaçılar mükafatlandırılacaq