This is a specific ad

Gürcü film- dramı Venetsiya “Qızıl Aslan”ı uğrunda yarışır

283

Another advertisement

Gürcü film- dramı Venetsiya “Qızıl Aslan”ı uğrunda yarışır.

1996-cı ildən bəri ilk dəfə olaraq gürcü rejissor Venetsiya festivalının əsas mükafatı uğrunda mübarizə aparır.

 Qafqaz Türk Media xəbər verir ki, Gürcü rejissoru Dea Kulumbeqaşvilinin “Aprel” adlı film-dramı bu gün, sentyabrın 7- də başa çatacaq 81-ci Venetsiya Film Festivalının baş mükafatı olan “Qızıl Aslan” uğrunda yarışır.

Bu il əsas müsabiqəyə Gürcüstanın “Aprel” filmi yanaşı daha 20 film daxil edilib. “Aprel” filminin premyerasında rejissorun özü və baş rol ifaçıları məşhur Merab Ninidze, həmçinin teatr və kino aktyorları Kaxa Kintsuraşvili və İya Suxitaşvili iştirak ediblər. Müəllif və aktyor heyəti Venetsiyada gur alqışlarla qarşılanıblar.

Dea Kulumbeqaşvilinin Venetsiyanın əsas müsabiqəsində çıxışına gəlincə, bu, özlüyündə yüksək səviyyəli hadisədir, çünki 1996-cı ildən bəri ilk dəfə olaraq, Venesiya Festivalının əsas mükafatı uğrunda gürcü rejissor mübarizə aparır.

Yeri gəlmişkən, Kulumbeqaşvili Venetsiya Film Festivalının əsas müsabiqəsində iştirak edən dördüncü gürcü rejissorudur. Ondan əvvəl Mixail Çiaureli, Lana Qoqoberidze va Otar loseliani kimi görkəmli gürcü müəlliflər qaliblər sırasında olublar.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Pezeşkianla Putin arasında təkbətək görüş keçiriləcək
Öncəki yazı
Yeni Avropa standartlı yanğınsöndürən avtomobillər alınıb