Another advertisement
Gürcüstanın xaricdə konsulluq hesabında olan 67 minə yaxın vətəndaşı qarşıdan gələn seçkilərdə iştirak edə biləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Avqustun 29-na olan məlumata əsasən, konsulluq hesabında 66 997 yetkinlik yaşına çatmış vətəndaş olub ki, bu da cari ilin iyul ayı ilə müqayisədə 4 512 nəfər çoxdur.
Məlumatda bildirilir ki, onlar Gürcüstan Xarici İşlər Nazirliyinin saytında, eləcə də yaşadığı ölkənin səfirliyində və ya konsulluğunda qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün bildirək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.