Another advertisement
Çxaltuboda iki partiya üzvü arasında yaranmış mübahisə ölümlə nəticələnib. Məlumata görə, sakinlərlə keçirilən görüş zamanı müxalifət fəalı “Gürcü arzusu” partiyasının üzvlərinə yaxınlaşaraq onlarla mübahisə edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə İmedi kanalı məlumat yayıb.
Vidoeda göründüyü kimi, “Gürcü Arzusu” partiyasının nümayəndəsi ilə müxalifət partiyası nümayəndəsi arasında sözlü qarşıdurma yaranıb və nəticədə Gürcü Arzusunun fəalı hadisə yerində dünyasını dəyişib.
Əraziyə təcili tibbi yardım və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.