Another advertisement
ABŞ-ın Corciya ştatında 14 yaşlı yeniyetmə silahla 4 nəfəri öldürüb.
QafqazTürk Media xəbər verir ki, hadisə məktəbdə baş verib.
Nəticədə 4 nəfər dünyasını dəyişib, 30 nəfər isə yaralanıb. Ölənlər arasında 2 şagird və 2 müəllim var.
Əldə olan məlumata görə, cinayətkar tutulub. Onun həmin məktəbin şagirdi olub-olmaması bəlli deyil.
İstintaq işləri davam edir. Şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirlər görülüb.