Omeqa-3 ilə ehtiyatlı olun – Həkim məsləhəti

302

Another advertisement

Omeqa-3 yağ turşusu çatışmazlığı geniş yayılmış problemdir. Bəzi tədqiqatlar göstərir ki, Qərb ölkələrində insanların 70-80%-ə qədəri qida ilə bu vacib maddəni kifayət qədər ala bilmir.

QafqazTürk Media xəbər verir ki, Rusiyalı həkim Anna Averkina açıqlayıb ki, omeqa-3-ün qeyri-kafi miqdarı bir çox xəstəliklərə səbəb olsa da, tövsiyyə olunan dozaya riayət etmək vacibdir.

“Çox yüksək dozalar qanı durulaşdıra və digər yan təsirlərə səbəb ola bilər. Xüsusilə xroniki sağlamlıq probleminiz varsa və ya başqa dərmanlar qəbul edirsinizsə, uzunmüddətli əlavələrdən istifadəyə başlamazdan əvvəl həmişə həkiminizlə məsləhətləşmək yaxşı fikirdir”, – deyə o əlavə edib.

Həkim qeyd edib ki, omeqa-3 yağ turşuları oksidləşməyə həssasdır və bu, zərərli sərbəst radikalların əmələ gəlməsinə səbəb ola bilər. Əlavələr sərin, qaranlıq yerdə saxlanmalı və son istifadə tarixinə nəzarət edilməlidir.

Bundan əlavə, omeqa-3 əlavələri bəzi insanlarda mədə yanması və ya ishal kimi mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Belə hallarda qida əlavələrinin qəbulunu dayandırmaq tövsiyə olunur.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Bu ölkə Rusiya vətəndaşlarına daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır
Öncəki yazı
Bu ölkədə 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb