İsrailin baş naziri Benyamin Netanyahu girovların azad edilməsinə dair razılaşmanın qarşısının alınmasına görə məsuliyyət daşıdığına görə həm yerli, həm də beynəlxalq tənqidləri rədd edərək, razılaşmanın əldə olunmasının gecikməsinə və girovların ölümünə görə yalnız Həmas-ın məsuliyyət daşıdığını bildirib.
“Baxmayaraq ki, biz onlara çox yaxın idik girovları xilas edə bilmədik. Bu, ilk növbədə, HƏMAS-ın razılaşmanı istəmədiyi üçün baş verdi”, – Netanyahu bildirib.
Bundan əlavə, İsrailin baş naziri həyatlarını itirən girovların ailələrindən üzr istəyib.
“Girovların ailələrindən üzr istəyirəm, çünki biz onları sağ qaytara bilmədik”, – deyən Netanyahu HƏMAS-a girovları öldürməyin çox baha başa gələcəyini bildirib.
Netanyahunun sözlərinə görə, İsrailin müharibəsinin məqsədləri HƏMAS-ı məhv etmək, bütün girovları geri qaytarmaq, Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək və şimal sərhədi sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmasına şərait yaratmaqdır.