This is a specific ad

Çindən ABŞ-a xəbərdarlıq

83

Another advertisement

Çinin xarici işlər naziri ABŞ-ı Tayvanda separatizmi dəstəkləməyi dayandırmağa çağırıb.

Çinin Xarici İşlər Nazirliyinin rəhbəri Tsin Qan ABŞ-ın Çindəki səfiri Nikolas Bernslə görüşündə Vaşinqtonun Tayvan məsələsinə müvafiq şəkildə yanaşması gərəkdiyini, “Vahid Çin” prinsipini məhv etməyi dayandırmasını və müstəqillik tərəfdarı olan Tayvan separatçı qüvvələrinə dəstəyi dayandırması gərəkdiyini bildirib.

“ABŞ-ın Çinin qırmızı xətlərinə hörmət etməli və onun suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını pozmağı dayandırmalıdır.” – Tsin Qan bildirib.

Çinin xarici işlər naziri ABŞ-ın Tayvanı dəstəkləməsinin ABŞ-ın Çinlə Bali görüşü zamanı əldə etdiyi müsbət dinamikaya mane olduğunu açıqlayıb. Çinin XİN rəhbəri ikitərəfli münasibətlərin sabitləşdirilməsinin əsas prioritet olduğunu qeyd edib.

Tsin Qan həmçinin Çin Prezidenti Si Cinpinin bəyan etdiyi kimi, Çinin ABŞ ilə münasibətlərində qarşılıqlı hörmət, dinc yaşama və qarşılıqlı faydalı əməkdaşlıq kimi prinsiplərinə qətiyyətlə riayət edəcəyini qeyd edib.

Sonrakı yazı
Ermənistanda hökümətin istefası məqsədi ilə kampaniyalar başladılıb
Öncəki yazı
Azərbaycan və Ermənistan arasında sülh danışıqları olacaqmı? – ƏTRAFLI