This is a specific ad

“Xarici təsirin şəffaflığı haqqında” qanuna təşkilatların 1.5%-i qeydiyyatdan keçib

260

Another advertisement

“Xarici təsirin şəffaflığı haqqında” qanununa əsasən qeyri hökumət və media təşkilatları bu gün saat 18:00-dək ictimai reyestrdə qeydiyyatdan keçməli idilər.

QafqazTürk Media xəbər verir ki, ədliyyə nazirinin müavini Tamar Tğeşelaşvilinin açıqlamasına görə, ilkin nəticələrə görə, hal-hazırda ictimai reyestrdə 469 təşkilat qeydiyyatdan keçib.

Milli Dövlət Reyestri Agentliyinin sədri Davit Devidzenin ötən həftə verdiyi açıqlamaya görə, Gürcüstanda qeydiyyatdan keçmiş 31 233 qeyri-hökumət təşkilatı var.

Bu halda isə Gürcüstan üzrə fəaliyyətdə olan təşkilatların yalnız 1,5%-nin “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə ictimai reyestrdə qeydiyyatdan keçdiyi məlum olur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
,,Amnistiya qanunu” qüvvəyə mindikdən sonra…
Öncəki yazı
Avtomobillərin sığortalanması məcburi olur