This is a specific ad

Azərbaycan və Ermənistan arasında sülh danışıqları olacaqmı? – ƏTRAFLI

82

Another advertisement

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına ev sahibliyi edəcək.

QafqazTürk xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayır.

Nəşrin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqları mayın 13-14-də Brüsseldə keçiriləcək. “Politico” planlaşdırılan görüşün proqramının hələlik yekun olaraq razılaşdırılmadığını bildirib.

Xatırladaq ki, daha əvvəl “Financial Times” nəşri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Əliyev və Paşinyanın qəbul olunacağı ilə bağlı məlumat yaymışdı.

Hələlik nə Azərbaycan, nə də Ermənistanın Xarici İşlər Nazirliyində iki ölkə liderinin görüşü ilə bağlı rəsmi məlumat verilməyib.

Sonrakı yazı
Çindən ABŞ-a xəbərdarlıq
Öncəki yazı
Köpün qarşısını alan ideal məhsul