This is a specific ad

Köpün qarşısını alan ideal məhsul

46

Another advertisement

Köp bir sıra səbəblərdən baş verə bilər. Onun qarşısını almaq üçün təbii vasitələr var.

QafqazTürk.com xəbər verir ki, bunu həkim – diyetoloq Vasilisa Ponomareva deyib.

Onun sözlərinə görə, darçın soyuqdəyməyə qarşı xüsusiyyətlərə malikdir. Həmçinin həzmə kömək edərək, şişkinliyi aradan qaldırır.

Mədə və qarında köpün üç əlaməti:

• Mədəniz dolu və ya adi haldan daha böyük hiss olunur

• Qarın ağrısı və ya narahatlığınız var

• Mədəniz böyüyür və ya ordan səslər gəlir

Darçın bədəndəki iltihabları azaltmağa kömək edən antidoksidant hesab edilir. Həm də tərkibində iltihab əleyhinə birləşmələr var.

Məhz bu səbəbdən kofeyə əlavə edilən darçın köpün qarşısını almaqda böyük təsirə malikdir”.

Köpün qarşısını almağın digər yolları:

Müntəzəm məşq edin

Hava udmamaq üçün ağzınız bağlı çeynəyin

Bol su için

Qəbizliyiniz varsa, yüksək lifli qidalar qəbul edin

Daha tez-tez və kiçik tikələrlə yeyin

Udulan havanı çıxarmaq üçün qarnınızı sağdan sola dairəvi masaj edin

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Azərbaycan və Ermənistan arasında sülh danışıqları olacaqmı? – ƏTRAFLI
Öncəki yazı
TUSAŞ tərəfindən hazırlanan KAAN-ın qiyməti açıqlanıb