This is a specific ad

Quru sərhədlərin açılması ilə əlaqədar AÇIQLAMA

150

Another advertisement

“Azərbaycan hökuməti, yəqin ki, quru sərhədlərin açılması ilə əlaqədar qərar verəcək”. 

QafqazTürk.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan mediasına karantin rejiminin götürülməsi və quru sərhədlərin açılması ilə əlaqədar verdiyi müsahibəsində deyib.

O, Ümumdünya Səhiyyə Təşkilatının faktiki olaraq pandemiya statusunu ləğv etdiyini bildirib.

“Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Sərhədlərin açılmasının artıq vaxtıdır və buna əlbəttə ki, ehtiyac var. Biz gözləyirdik ki, heç olmaya Gürcüstanla sərhədlər açılar və oradan da istifadə edilə bilər. Yavaş-yavaş bu məsələyə baxılmalıdır. Millət vəkillərinin də çoxu bu məsələyə öz fikrini bildirir. Sərhədlərin açılması həm Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərə bilər, həm də əhalinin gediş-gəlişində problemlər yaranmaz”, – deyə Vahid Əhmədov qeyd edib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır – Çavuşoğlu
Öncəki yazı
İkinci Dünya Müharibəsi iştirakçılarına dəstək – ƏTRAFLI