This is a specific ad

Baş Nazirdən mədənçilərə təbrik mesajı…

282

Another advertisement

Tkibuli və Mədən ayrılmaz anlayışlardır. Tkibuli  mədənçilər şəhəri adlanır və mən hamınızı “Mədənçilər Günü” münasibətilə təbrik etmək istəyirəm”, – Gürcüstanın baş naziri İrakli Kobaxidze Tkibulidə Mədənçilər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin administrasiyası məlumat yayıb.

Hökumət başçısının sözlərinə görə, 2019-cu ildən sonra mədənçilərin maaşı mərhələli şəkildə 80% artırılıb, mədənlər yenidən qurulub, əməyin mühafizəsi yaxşılaşdırılıb və bu prosesin belə davam etməsi üçün Gürcüstan hökuməti məsuliyyəti öz üzərinə götürüb.

“Hamınızı Mədənçilər Günü münasibətilə təbrik etmək istəyirəm.Tkibuli və Mədən ayrılmaz anlayışlardır. Tkibuli mədənçilər şəhəri adlanır və mən hər kəsi təbrik edirəm. Mədənçinin işi son dərəcə ağır işdir, həm də müstəsna dərəcədə qürurlandırıcıdır. Mən hər bir mədənçiyə xüsusi hörmətimi göstərmək istəyirəm. Yadımdadır, 2017-2018-ci illərdə mədənin işi ilə bağlı hələ də xeyli problemlər var idi. Əməyin mühafizəsi, mədənlərin yenidən qurulması, əməkhaqqı ilə bağlı problemlər var idi və şadam ki, 2019-cu ildən sonra bu problemlər addım-addım öz həllini tapmağa doğru gedir. O vaxtdan bəri mədənçilərin əmək haqqı 80% artıb, mədənlər yenidən qurulub, iş təhlükəsizliyi yaxşılaşdırılıb və əlbəttə ki, prosesi davam etdirmək üçün hər şey edilməlidir. Bizim konkret vədimiz var ki, mədənlərin işlənməsi davam edəcək, bu, təbii ki, Tkibuli əhalisinə, onların məşğulluğuna, əmək haqqına təsir edir və biz Gürcüstan hökuməti bunun məsuliyyətini öz üzərimizə götürürük. Biz Tkibulini qayğı və diqqətdən məhrum etməməyə cavabdehik və sizi əmin edirik ki, biz növbəti illərdə də Tkibulinin qayğısına qalmaqda davam edəcəyik. Mən sizi bir daha “Mədənçilər Günü” münasibətilə təbrik etmək istəyirəm”, – deyə Baş Nazir qeyd edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Sürücülük vəsiqəsinin alınması prosedurunda yenilik – real nəqliyyatda daha hansı kateqoriyalar imtahandan keçməli olacaq?
Öncəki yazı
Kilsənin damı uçdu – ölən və yaralananlar var