Another advertisement
Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində Milli Qvardiyanın 4 üzvü həlak olub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Portuqaliyanın “Jornal de Noticias” nəşri yazır.
Hadisə Portuqaliyanın şimalında cümə günü helikopter yanğınsöndürmə əməliyyatından qayıdarkən baş verib.
Qəza nəticəsində helikopterin pilotu sağ qalıb, xilasedicilər hələ də göyərtəsində olan Milli Qvardiyanın daha bir əməkdaşını axtarırlar.
Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.