This is a specific ad

Parlamentə mikrokreditin ümumi limitini 200 000 lariyə qaldırmaq təşəbbüs layihəsi təqdim edilib

352

Another advertisement

Hökumət mikrokreditin ümumi limitini 100 000 laridən 200 000 lariyə qaldırmaq təşəbbüsü ilə çıxış edir.

QafqazTürk Media xəbər verir ki, “Mikromaliyyə təşkilatları haqqında” qanuna dəyişiklik Parlamentin müzakirəsinə çıxarılıb.

Bildirilir ki, mikromaliyyə təşkilatları tərəfindən bir borcalana və ya bir-biri ilə əlaqəli borcalanlar qrupuna verilən mikrokreditin maksimum ümumi məbləği 100 min lari deyil, 200 min lari müəyyən ediləcək.  Eyni layihə ilə Milli Banka mikromaliyyə təşkilatları üçün mikrokreditlərə dair əlavə tələbləri müəyyən etmək səlahiyyəti veriləcək.

Qanun layihəsi İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi ilə Milli Bankın birgə qanunvericilik təşəbbüsüdür.

2006-cı ildə qüvvəyə minmiş “Mikromaliyyə təşkilatları haqqında” Qanun mikromaliyyə təşkilatı tərəfindən verilən mikrokreditin maksimum ümumi məbləğini hər borcalan üçün 50.000 laridən çox olmamaqla müəyyən etmişdir.

2017-ci ilin dekabr ayında qanunvericiliyə edilən digər dəyişikliklərlə yanaşı, mikrokreditin maksimal məbləği 50 000 laridən 100 000 lariyə yüksəldilib. Limitin artırılması ilə yanaşı, sektorun tənzimlənməsi də gücləndirilib ki, bu da hökumətin açıqlamasına görə,  “sektoru daha sağlam, şəffaf və investorlar üçün cəlbedici edib”.

“Sözügedən dəyişikliklər rəqabət mühitini yaxşılaşdırıb və nəticədə mikromaliyyə sektorunun ümumi portfelinin həcmi 1,1 milyard laridən 1,7 milyard lariyə yüksəlib.

Hazırda mikrokreditin mövcud limiti yeni məhsulların yaradılması imkanlarını əngəllədiyi və çətinləşdirdiyi üçün sektorun inkişafına bir növ əngəl törədən amildir”, – qanun layihəsinin izahat qeydində deyilir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Yanğınsöndürmə əməliyyatından qayıdan helikopter qəzaya uğrayıb- 4 nəfər həyatını itirib
Öncəki yazı
Kamçatkada Rusiyaya məxsus helikopter yoxa çıxıb