Another advertisement
2025-ci ildə 69-cu “Avroviziya” mahnı müsabiqəsinə İsveçrənin Bazel şəhəri ev sahibliyi edəcək.
QafqazTürk Media bu barədə dünya mətbuatına istinadən xəbər verir.
Verilən məlumata əsasən, nəqliyyat, mehmanxana imkanları və təhlükəsizlik də daxil olmaqla standartlara cavab verdiyinə görə müsabiqənin Bazeldə keçirilməsinə qərar verilib.
Qeyd edək ki, yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq.
Məlumat üçün bildirək ki, bu il yarışmanın qalibi “The Code” mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.