Another advertisement
Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatoru atəşə tutub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.