This is a specific ad

“Mənim Qəhrəmanım- Davit Petviaşvili”

274

Another advertisement

Davit Petviaşvili 1973-cü il mayın 27-də Tianeti bələdiyyəsinin Maqraneti kəndində anadan olub. O, 1989-cu ildə Tianeti bələdiyyəsinin Nakalakar kəndinin dövlət məktəbini bitirmişdir. 1991-93-cü illərdə Gürcüstan Silahlı Qüvvələri sıralarına çağırılıb, Milli Qvardiyanın “Ağ Qartal” batalyonunda qvardiyaçı kimi yazılıb. Samaçablo-Meqvrekisi, Pris və Abxaziyada Eşere, Qantiadi, QaqraŞ Erməni Atara , Tamış, Labra və Kindqidə Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Qaqra hadisələri zamanı göstərdiyi şücaətə və yaralı yoldaşlarını xilas etdiyinə görə rütbəsi artırılaraq 4-cü Əlahiddə Ümumqoşun Batalyonuna kapral rütbəsində təyin olunub.

1992-ci il dekabrın 5-də Ermənistanın Atara kəndində düşmənə hücumların birində göstərdiyi şücaət və fədakarlığa görə səhra komandirlərinin tövsiyəsi ilə müdafiə naziri, general- mayor Qia Karkaraşvili parad qarşısında leytenant rütbəsi ilə Davit Petviaşvilini təltif etmişdir.1993-cü il yanvarın 13-də leytenant Davit Petviaşvili döyüş əməliyyatlarının birində Kvemo Kindqi kəndi yaxınlığında minaya düşüb həlak olub. O, doğma kəndi Maqraneti qəbiristanlığında dəfn olunub.

Pepela Petviaşvili,Davidin bacısı:

“Məktəbi bitirdikdən sonra Dato təhsilini davam etdirmədi. O, məcburi hərbi xidmətə çağırıldı. Samaçabloda əlindən yaralanmışdı, amma əli sağalan kimi Abxaziyaya getdi, çünki onun hərbi hissəsi orada idi. Davidin uşaqlığı xoş və xoşbəxt keçib. Bir bacım, iki qardaşım, anam və nənəm var idi. Atam 1982-ci ildə faciəli şəkildə dünyasını dəyişib. Biz sevgi və qayğı ilə böyümüşük. Dato dəcəl oğlan idi, bir yerdə durmurdu. Onun fərqli xüsusiyyətləri var idi. Dato ədalətli, mübariz, qorxmaz, çətinliklərə boyun əyməyən biri idi. Davranışlarından hiss olunurdu ki, onun üçün öhdəsindən gəlmək mümkün olmayan problem yox idi. O, heç vaxt ümidini itirmirdi. O, bəlkədə gənc olduğuna görə gələcək həyata çox dəyər verirdi. Həmişə nəyəsə tələsərdi, sanki onun vaxtı yoxmuş kimi…
Davit vətəni qorumağı öz vəzifəsi hesab edirdi. Gürcüstan o zaman çətin vəziyyətdə idi. Döyüşdə aldığı xəsarətlərdən sonra o, döyüşə gedə bilmirdi, bu onun üçün qəbuledilməz idi və o yenə də yoldaşları ilə döyüşə getdi.
Davidin ölümündən sonra həyat fərqli bir dönüş aldı bizim üçün. Anam insult keçirdi və səhhətində problemlər yarandı. Anam Davidin ölümünə dözə bilmədi, onsuz həyata uyğunlaşa bilmədi, özünə baxmadı, yazılan dərmanları qəbul etmədi və dəfələrlə insult keçirdi və sonda rəhmətə getdi. Bu böyük sınaqlara baxmayaraq mən xoşbəxt və qürurluyam ki, qardaşım özünü Vətəni uğrunda fəda etdi. Qardaşımın bu fədakarlığının layiqincə qiymətləndirilməsini, vətənimizin bütövlüyünü, ölkəmizdə bir daha müharibənin olmamasını, vahid güclü Gürcüstanda sülh olmasını və xoşbəxt nəsillər yetişdirilməsini arzulayıram.

 

 

Kateqoriya: Araşdırma
Sonrakı yazı
Hökumət pravoslavlığı dövlət dini elan edə bilər
Öncəki yazı
Kişi həyat yoldaşını və 2 dostunu qətlə yetirib