This is a specific ad

Yaxın günlərdə gözlənilən hava şəraiti – PROQNOZ

56

Another advertisement

Cari həftə Gürcüstanda qeyri-sabit hava şəraiti keçəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə meteoroloq Koba Fartenadze sosial şəbəkə hesabında yazıb.

“Cari həftə Gürcüstanda qeyri-sabit hava şəraiti keçəcək. Havanın əsasən buludlu olacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Sabah və çərşənbə axşamı bütün ölkə ərazisində gün əsasən yağışsız keçəcək, ertəsi gün isə yağış yağacağı gözlənilir.

Qalan günlərdə isə bütün ölkə üzrə temperatur aşağı düşəcək.

Cümə axşamından başlayaraq həm Qərbi, həm də Şərqi Gürcüstanda hava şəraiti vaxtaşırı yağıntılı olacaq, hava temperaturu isə +16, +18 dərəcə təşkil edəcək”, – deyə Fartenadze yazıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
2023-cü ilin mart ayında tikinti xərcləri indeksi – STATİSTİKA
Öncəki yazı
Ev heyvanını gəzdirmə qaydalarını pozduğuna görə sahibinin cəriməsi artırıla bilər.