Another advertisement
Tbilisi və Yerevan arasında sərnişin qatarı reysi bərpa olunub.
QafqazTürk media xəbər verir ki, qatar sentyabrın 3-dən etibarən iki gündən bir hərəkət edəcək.
Məlumat üçün bildirək ki, qatar ayın tək günlərində Yerevandan, cüt günlərində isə Tbilisidən yola düşəcək.
Qeyd edək ki, SSRİ dağılana qədər Yerevan-Tbilisi və Tbilisi-Yerevan sərnişin qatarları fəaliyyət göstərmişdir.
Bu dəmir yolu təqribən 100 ildir ki, fəaliyyət göstərir və həmişə də Ermənistan dövləti üçün əvəzolunmaz bir iqtisadiyyat şəbəkəsi sayılır.