This is a specific ad

Marneulidə avtomobil piyadanı vurub,vəziyyətinin ağır olduğu bildirilir

207

Another advertisement

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində avtomobil piyadanı vurub.

QafqazTürk media xəbər verir ki,  mövcud məlumata görə, qadının vəziyyəti ağırdır.

Təcili tibbi yardım briqadası onu xəstəxanaya çatdırıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın zibil atmaq üçün yolu keçərkən yüksək sürətlə gələn avtomobil onu vurub.

Qəza ilə əlaqədar hazırda Marneuli-Bolnisi yolunda tıxac yaranıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunmuşdur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə qisas almaq məqsədilə yerli sakinin avtomobilləri yandırılıb
Öncəki yazı
Gürcüstan höküməti yeni qərar qəbul edib