This is a specific ad

Azərbaycan “Meymun çiçəyi” xəstəliyi təhlükəsi ilə əlaqədar sərhəd nəzarətini gücləndirir

167

Another advertisement

Azərbaycan Dövlət Gömrük Komitəsi “meymun çiçəyi” virusunun yayılmasının qarşısının alınması məqsədilə hava limanlarında və ölkənin dövlət sərhədinin digər buraxılış məntəqələrində bir sıra tədbirlər həyata keçirir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gömrük Komitəsindən məlumat yayıb.

Komitənin yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanaraq, “meymun çiçəyi” xəstəliyinə yoluxma riski olan ölkələr müəyyən edilib və onlardan əhaliyə xüsusi diqqət yetirilir.

Xüsusilə, yüksək hərarətli sərnişinlərin aşkarlanması üçün hava limanlarında və digər dövlət sərhədindən buraxılış məntəqələrində texniki imkanlardan istifadə edilir. Xəstəliyə şübhəli bilinən şəxslərin müəyyən ediləcəyi təqdirdə Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və aidiyyəti strukturlarla birgə növbəti addımlar müəyyən ediləcək. Qeyd olunan tədbirlər sərhəd-keçid məntəqələrində xüsusilə təhlükəli infeksiyaların epidemiyasına qarşı təlimatla nəzərdə tutulub.

“Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük komitəsinin tibb xidməti tərəfindən mütəmadi olaraq gömrük əməkdaşları üçün xüsusi təhlükəli infeksiyalar üzrə treninqlər keçirilir və son vaxtlar “meymun çiçəyi” xəstəliyinin kliniki əlamətlərinə, yoluxma yollarına və profilaktikasına daha çox diqqət yetirilir”, – deyə məlumatda bildirilib.

Eyni zamanda, ilkin tibbi müayinə və epidemioloji tədqiqatların aparılmasına hazırlıq səviyyəsi yüksəlib.

Məlumat üçün bildirək ki, Azərbaycan hökumətinin direktivinə əsasən, 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar ölkənin quru sərhədləri, o cümlədən Gürcüstanla sərhədləri bağlanıb. Tətbiq olunan məhdudiyyətlər bu il oktyabrın 1-dək davam edəcək. Bu mərhələdə Azərbaycana hava yolu ilə daxil olmaq mümkündür.

Kateqoriya: Dünya
Sonrakı yazı
27 avqust tarixinə olan rəsmi valyuta məzənnəsi belədir
Öncəki yazı
16-cı mərtəbədən əvvəlcə həyat yoldaşını sonra isə 2 yaşlı övladını atıb