Litva Ukraynaya yeni hərbi yardım paketi ayırıb

158

Another advertisement

Litva Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlarla bağlı yeni hərbi yardım paketini açıqlayıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı  Kiyevdə səfərdə olan Litva Baş naziri İngrida Şimonite Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata əsasən, yeni hərbi yardım sentyabrın əvvəlinə qədər Ukraynaya çatmalıdır:

“Bugünkü görüşümüzdə mən Prezident Zelenskiyə məlumat verdim ki, Litvanın ən yeni hərbi yardım paketi sentyabrın əvvəlində Ukraynaya gələcək”, – deyə Baş nazir vurğulayıb.

Sonrakı yazı
Bu ölkədə 13 ildə ilk dəfə ölüm cəzası icra ediləcək
Öncəki yazı
Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib