Meymunçiçəyinin qarşısı bu halda alına bilər – ÜST rəhbəri

187

Another advertisement

Yeni meymunçiçəyi (mpox) virusunun yayılmasının qarşısını almaq mümkündür.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinq zamanı bildirib.

O öz çıxışında qeyd edib ki,

“2022-ci ildən bəri ÜST-də 100 mindən çox təsdiqlənmiş “mpox” hadisəsi qeydə alınıb. 2024-cü ildə qeydə alınan yoluxma hallarının 90 faizi Konqo Demokratik Respublikasında baş verib. Təkcə bu il 16 mindən çox insan bu xəstəliyə tutulub, o cümlədən 575 ölüm hadisəsi olub. Sözügedən virusun qarşısının alınması üçün beynəlxalq agentliklər, milli və yerli tərəfdaşlar, vətəndaş cəmiyyəti, tədqiqatçılar və istehsalçılar, habelə üzv dövlətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət tələb olunur.”

ÜST-in virusa qarşı hazırlığı artırmaq və cavab tədbirlərinin koordinasiyanı gücləndirmək məqsədilə beynəlxalq, regional, milli və yerli tərəfdaşlarla genişspektrli iş apardığını diqqətə çatdıran T.Qebreyesus qeyd edib ki, təşkilatın Afrika Regional Ofisi (“Africa CDC”) bu prosesə hökumətlərlə birlikdə rəhbərlik edəcək.

Kateqoriya: Dünya, Sağlamlıq
Sonrakı yazı
Ukraynanın hücumu Rusiyada yanğına səbəb olub
Öncəki yazı
“Dubay şokoladı”nın təsiri – Gürcüstana püstə idxalı 766% artıb