This is a specific ad

ABŞ-dan Rusiyaya növbəti sanksiya: 400 nəfər…

168

Another advertisement

ABŞ Rusiyada və onun sərhədi xaricində 400 fiziki, eləcə də hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Məlumata görə, məhdudiyyətlərin qeyd olunduğu siyahıda sanksiyaların tətbiq olunduğu subyektlərlə əməkdaşlıq edən Avropa, Asiya və Yaxın Şərq regionunda yerləşən kommersiya qurumları da var.

Qeyd olunur ki, sanksiyalar Rusiya tərəfinin maliyyə texnologiyaları, IT sektoru, metallurgiya, faydalı qazıntı hasilatı və emalı, aviasiya, müdafiə sənayesi, atom enerjisi, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahələrində fəaliyyət göstərən şirkətlərini əhatə edir. Belə ki, korporasiyaya texnoloji avadanlıq və vasitələrin ixracı da qadağan olunur.

 

 

Sonrakı yazı
Güclü yağış nəticəsində Batuminin bir neçə küçəsi su altında qalıb
Öncəki yazı
Dünyada bir ilk: Ağciyər xərçənginə qarşı peyvənd sınaqları başladı