Kamala Harris: Dünyanın ən güclü ordusunu yaradacağam

194

Another advertisement

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələcəyi təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib.

QafqazTürk Media xəbər verir ki, o, bu barədə Çikaqoda təmsil etdiyi partiyanın Milli Qurultayından sonra tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Ali Baş komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm”, – Harris qeyd edib.

Prezidentliyə namizəd həmçinin İsrail, Ukrayna və NATO müttəfiqlərini dəstəkləməyə söz verib. Harris respublikaçı rəqibi Donald Trampı Amerika demokratiyası üçün ciddi təhlükə yaradan qeyri-ciddi adam adlandırıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kamala Harris: Dünyanın ən güclü ordusunu yaradacağam
Öncəki yazı
Dünyanın ən böyük ikinci almazı tapıldı