This is a specific ad

“Mənim Qəhrəmanım- İoseb Taniaşvili”

230

Another advertisement

İoseb Taniaşvli 27 may 1970-ci ildə Duşetidə anadan olub. 1992-ci il avqustun 29-da Mtaçminda rayon hərbi komissarlığı onu Abxaziya müharibəsinə çağırıb. 103-cü batalyona 1-ci rota,2-ci tağım, ikinci onluq komandiri kimi daxil olub.

İoseb Taniaşvili Qaqra-Leselidze döyüşlərində fəal iştirak edib. O, komandirə xas olan təşkilatçılıq istedadı ilə seçilirdi.

4 oktyabr 1992-ci ildə İoseb Taniaşvili düşmənin işğal etdiyi şəhərə ikinci dəfə qayıdıb. O, Qaqra şəhərində ölüb, ancaq itkin hesab edilir.

Maya Taniaşvili ( İoseb Taniaşvilinin bacısı): “Abxaziyada müharibə başlayanda onları komissarlıqdan çağırmışdılar. Ailəsi onun Abxaziyada müharibəyə getməsinə qarşı idi, lakin buna baxmayaraq, İoseb dərhal ölkənin bütövlüyünü müdafiə etməyə getdi. Bundan əvvəl o dövrün bütün gəncləri kimi o da Moskva yaxınlığında sovet ordusunda xidmət edib. Sonra inşaat texnikumuna daxil olub. Müharibəyə gedəndə 22 yaşında tələbə idi. Anası ondan qalmasını istədi, amma o, qətiyyətlə dedi: “Biz getməsək ölkəni kim qoruyacaq?” O, cəmi 1 ay müharibədə olub. Qaqranın süqutu zamanı itkin düşüb, o vaxtdan onun haqqında heç nə bilmirik.
Davit Eqnataşvili İoseb ilə birlikdə döyüşüb. Qaqranın süqutundan sonra Davit yaralandı, sağaldıqdan sonra Abxaziyaya qayıdıb. Dato Suxuminin süqutundan sonra itkin düşüb. Bizdə onun müharibə zamanı yazılmış məktubu var.

İoseb 2 Oktyabr tarixində bizə zəng etdi. Bu onun son zəngi idi. Hər gün sizə zəng edə bilməsəm narahat olmayın, biz başqa yerə köçürük orada telefon xidməti olmaya bilər. Qaqra dağılanda insanlar oranı tərk ediblər və belə çıxır ki, Soso da orada olub. Soso ilə döyüşlərin çoxu sağ qayıtmayıb. İoseb UAZ tipli avtomobil idarə edirdi. Bizdə olan məlumata görə, Qaqranın süqutu zamanı oradan insanları çıxarırmış. Yerli sakinləri gəmiyə qədər aparmaq üçün bircə yol qalmışdı. Ona deyiblər ki, daha gətirmə bu yol artıq təhlükəlidir. O, isə deyib ki orada yalnız döyüşçülər və ana- bala qalıb onları da oradan çıxaracağam. Sağ qalanların dediklərinə görə, o, geri qayıdan zaman qumbaraatandan atılan mərmi onun maşınına dəyib və partlayıb. Sonra bir çox məlumatlar yayıldı ki, həmin vaxt kimsə maşından düşüb və meşəyə tərəf qaçıb. Soso maşında tək olub. Bizə demişdilər ki, bu maşının sürücüsü Qaqra yaxınlığında “Qrebeşok” ərazisində, çimərlik yaxınlığında basdırılıb.

Qardaşım harada olubsa- əsgərlikdə, dostlar arasında, qonşular arasında, məktəbdə, Tbilisidə, Duşetidə onun haqqında pis söz deyən adam tapılmaz. Onu itirəndən sonra anamla bərabər hava limanına gələnlərdən onu kimsə görüb-görmədiyini soruşduq. Hamı Sosonu sevgi ilə xatırlayır…
30 il keçdi. Sosonu dəfn edə bilmədik. Biz hələ də ümidimizi itirməmişik. Gün gələcək onun qalıqlarını tapacağıq…”

Nunu Eqnataşvili, İoseb Taniaşvilinin silahdaşı Davit Eqnataşvilinin anası: “Analar, lütfən övladlarınıza bu məktubu oxuyun!”Onlar böyüyüb kişi olacaqlar.Davit Eqnataşvili və İoseb Taniaşvili Abxaziyada müharibənin ilk günlərində birgə döyüşüblər. Orada dost olublar. Qaqra faciəsi zamanı Soso itkin düşüb. Qaqranın süqutundan sonra Dato yaralı halda Tbilisiyə qayıdıb. O, sağaldıqdan sonra yenidən Abxaziyanın müdafiəsinə gedib. Sentaybrın 27-də Suxumi dağılanda Davit Eqnataşvili də itkin düşüb.”

Dato Eqnataşvilinin məktubu: “…Sentyabrın 23-də sakit bir səhər idi. Quşlar cikkildəyirdi. “Kolxidi”nin üstündəki vadidə döyüş mövqeyi tutduq. Sakit səhərin fonunda mərmi partladı. Həyətdə dayanan “BMP”miz yandı, xoşbəxtlikdən içəridə heç kim yox idi. Düşmənin bizim mövqelərimizi görə biləcəyini və ikinci mərmi ilə hədəfi vuracağını anlamışdıq. Tələsik sursatı yıxdıq, mövqelərimizdən uzaqlaşdıq. Qrupumuz 12 nəfərdən ibarət idi. Biz ancaq pulemyotla silahlanmışdıq. Raket əleyhinə heç nəyimiz yox idi. Birtəhər qərargahla əlaqə saxlamağımız lazım idi. Qurtuluş heç bir yerdən görünmürdü. Düşmən yavaş-yavaş irəliləyirdi. Soso mənə dedi:” Maşına minib qərargaha xəbər verəcəyəm”. Amma təəssüf ki, bu alınmadı. Həmin axşam 3 döyüşçümüzü itirdik. Hətta o ağrılı unudulmaz gündə Soso gürcü döyüşçülərini xials etməyə çalışdı. Səhər tezdən şiddətli döyüş gedirdi. Soso dinc sakinləri, yaralı döyüşçüləri düşmən tərəfdən çıxarmaq istəsə də bacarmadı. Getdi, ancaq geri dönmədi. O, itkin düşüb”.

İoseb Taniaşvili (ölümündən sonra) 1-ci dərəcəli Vaxtanq Qorqasali ordeni ilə təltif edilib.

Kateqoriya: Araşdırma
Sonrakı yazı
Kamala Harris ABŞ prezidenti seçilə bilməz?
Öncəki yazı
Qara dəniz bölgəsinin inciləri – Giresun və Ordu