This is a specific ad

Qayçı itdiyinə görə hava limanında uçuşlar təxirə salınıb

220

Another advertisement

Yaponiyanın ən işlək hava limanlarından birində qayçı itəndən sonra uçuşlar təxirə salınıb.

QafqazTürk media xəbər verir ki, bu barədə Yaponiyanın hava limanı məlumat yayıb.

Daxili uçuşlar üçün gözləmə zonasında olan mağazalardan birində qayçıdan istifadə edilirmiş. New Chitose Airport (CTS) təhlükəsizlik xidməti qayçı üçün bir saatdan çox axtarış aparıb.

Hava limanından verilən məlumata görə, axtarışlar səbəbindən 36 reys təxirə salınıb, 201-i isə gecikib.

Ehtimal olunurdu ki, potensial terrorçu uçuş zamanı qayçını götürüb ondan silah kimi istifadə edə bilər. Sonda hava limanından uçuşların bərpa edildiyi bildirilib. Hava limanından verilən açıqlamaya görə, hadisə mağazada müştərilər tərəfindən əşyaların istifadəsi və saxlanmasına nəzarət mexanizmi olmadığı üçün baş verib.

“Biz bilirik ki, hadisə mağazada müştərilər tərəfindən əşyaların istifadəsi və saxlanmasına nəzarət edən sistemlərin olmaması səbəbindən baş verib. Biz bu hadisəni araşdırıb, səbəbini müəyyənləşdirib, bir daha təkrarlanmasının qarşısını almağa çalışacağıq. Bu hadisənin təyyarə qaçırma və terror aktı ilə bağlı ola biləcəyini təsdiq edirik.”, – Yeni Chitose Hava Limanı operatorlarının bəyanatında deyilir.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
გარდაბნის მუნიციპალიტეტში, შიდასახელმწიფოებრივი მნიშვნელობის, რუსთავი-გარდაბანი-ვახტანგისის, 25 კილომეტრი სიგრძის გზას რეაბილიტაცია უტარდება
Öncəki yazı
Belarusun İrəvandakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib