This is a specific ad

Belarusun İrəvandakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib

190

Another advertisement

Belarusun İrəvandakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib. Mitinq iştirakçıları Belarus səfirinin ölkədən çıxarılmasını və Minsklə diplomatik əlaqələrin kəsilməsini tələb ediblər. Səfirliyin binasına yumurta, pomidor, kartof atılıb.

QafqazTürk media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Mitinqə səbəb Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonun Ermənistan haqqında səsləndirdiyi təhqiramiz ifadələr olub. O, avqustun 20-də “Rusiya” telekanalına müsahibəsində demişdi: “Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. Öz iqtisadiyyatlarını inkişaf etdirməyə diqqət yetirsinlər. Nə Fransa, nə Makron? Sabah daha Makron olmayacaq və hamı bu Ermənistanı unudacaq”.

Səfirlik binası yaxınlığında keçirilən mitinqin təşkilatçıları “Respublika adına” partiyasının tərəfdarları, o cümlədən partiyanın rəhbəri Arman Babacanianidir. Onlar Belarusla diplomatik əlaqələrin kəsilməsi tələbi ilə bəyanat hazırlayıblar. “Respublika naminə” partiyası ilə yanaşı, “Respublika” partiyasının və Avropa Partiyasının, həmçinin “Hüquq Avropası”, “Azad Vətəndaş” qeyri-hökumət təşkilatlarının və ,,Asparez” klubunun nümayəndələri də imzalayıblar.

Aleksandr Lukaşenko ilk dəfə deyil ki, bəyanatlarında erməni tərəfini aşağılayır. Fevralda o, Ermənistanın Kollektiv Müdafiə Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırmasını belə şərh edib: “KTMT Ermənistansız dağılmayacaq”. May ayında Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə o, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın “Azadlıq müharibəsi” adlandırıb. Bundan sonra İrəvan Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb və Ermənistanın baş naziri Nikol Paşinyan Lukaşenkonun başçılıq etdiyi müddətdə nə o, nə də digər Ermənistan rəsmilərinin Belarusa səfər etməyəcəyini bəyan edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qayçı itdiyinə görə hava limanında uçuşlar təxirə salınıb
Öncəki yazı
Yerdən 27 min dəfə böyük sirli obyekt tapılıb