Another advertisement
NASA Süd Yolu qalaktikasından 1,6 milyon kilometr sürətlə uzaqlaşan sirli bir obyekt kəşf edib.
QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.
Verilən məlumata əsasən, bu sürət obyektin qalaktikanın cazibə qüvvəsini aşaraq kosmosun dərinliklərinə doğru yol aldığını göstərir.
Sözügedən önəmli kəşf NASA-nın “Backyard Worlds: Planet 9” adlı layihəsi çərçivəsində gerçəkləşdirilib.
“CWISE J1249” adı verilən sirli obyektin olduqca yaşlı olduğu və böyük ehtimalla qalaktikamızdakı ilk ulduz nəslindən birinə aid olduğu qeyd edilib. Obyektin Yer kürəsindən təxminən 27 min 306 dəfə böyük olduğu ehtimal edilir.