This is a specific ad

Azərbaycan və Rusiya arasında yeni əməkdaşlıq üçün addım atılıb

211

Another advertisement

Azərbaycan və Rusiya arasında neft məhsullarının daşınması üçün birgə tankerlərin buraxılmasına başlanılıb.

QafqazTürk media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Vahid Rusiya Gəmiqayırma Korporasiyası Bakı Gəmiqayırma Zavodu ilə birlikdə neft məhsullarının daşınması üçün müasir çay-dəniz tankerlərinin istehsalına başlayır. Onların Azov dənizində və Qara dənizdə, eləcə də Xəzər marşrutunda istifadəsi bizə dünya bazarlarına enerji resurslarının tədarükünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”, – Putin bildirib.

O, Rusiya və Azərbaycanın birgə planlarından da danışıb. Onlardan biri hər iki ölkəni Hind okeanı sahillərinə çıxaracaq “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlıdır.

Xatırladaq ki, Putin avqustun 18-də iki günlük səfər məqsədilə Bakıya gəlib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan BRİKS-ə qoşulmaq üçün rəsmi bəyanat verib
Öncəki yazı
Ölkəmizin ərazi bütövlüyü bərpa olunduğu təqdirdə…