Another advertisement
Avqustun 21-22-də Gürcüstan ərazisində havanın temperaturunun yüksəlməsi gözlənilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin proqnozlarına görə, Qərbi Gürcüstanın düzənliklərində havanın temperaturu 37-39, dağlıq rayonlarda isə 35-37 dərəcəyə çata bilər.
“Şərqi Gürcüstanda havanın maksimal temperaturunun 33-38 dərəcə arasında olacağı gözlənilir. Gözlənilən yüksək hava temperaturu meşə yanğınlarına səbəb olan şərtlərdən biridir”, – məlumatda qeyd olunur.