Rus hərbçilər ağ bayraq qaldıraraq təslim oldular

170

Another advertisement

Rus hərbçilər ağ bayraq qaldıraraq təslim oldular.

QafqazTürk Media xəbət verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna əsgərləri müdafiə xəttini yarıb, sərhəd-keçid məntəqəsini dağıdıb və 50-dən çox rus hərbçini əsir götürüb.

“Sərhəd keçidi ərazisində Ukrayna tanklarını görən ruslar düzgün qərar verdilər – ağ bayraq asaraq Ukrayna əsgərlərinə təslim oldular”, – 80-ci Hava Desant Briqadasının bəyanatında deyilir.

Xatırladırıq ki, Ukrayna ordusunun Kursk vilayətində əməliyyatı avqustun 6-da başlayıb. Son məlumatlara görə, 82 yaşayış məntəqəsi Ukrayna hərbi qüvvələrinin nəzarəti altındadır.

Sözügedən videogörüntüləri təqdim edirik:

https://www.unian.ua/war/u-zsu-pokazali-pershi-godini-nastupu-u-kurskiy-oblasti-video-12729318.html 

Kateqoriya: Dünya
Sonrakı yazı
Vladimir Putin bu tarixdə Azərbaycanda səfərdə olacaq
Öncəki yazı
Hərbi çağırışla bağlı yeni qərar verilib