This is a specific ad

Prokurorluq şirkət direktoruna və vəkilinə qarşı ittiham irəli sürüb

232

Another advertisement

Gürcüstan Prokurorluğu qabaqcadan planlayaraq, qruplaşıb dələduzluq yolu ilə külli miqdarda pul əldə etmə faktı ilə bağlı tikinti şirkətinin direktoruna və vəkilə qarşı ittiham irəli sürüb.

Qafqaztürk Media xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Agentlikdən verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, “Səviyyə+” MMC-nin tikinti şirkətinin direktoru və həmin şirkətin hüquqşünası çoxmərtəbəli binanın satılan mənzillərini yenidən satıblar. Təqsirləndirilən şəxslər zərərçəkmişlərlə mənzil alqı-satqısı müqavilələri bağlayaraq, onlara Tbilisidə Mebrcolta küç. 63 və Qmirta Kursant küç. yaşayış binasının mənzillərini satırdılar. Bundan başqa, cinayətkar dəstə üzvləri yalnız 9 mərtəbəli yaşayış binasının tikintisinə icazə aldıqları halda, yaşayış binasının 10 və 11-ci mərtəbələrində mənzillərin satışı ilə məşğul olublar. Təqsirləndirilən şəxslər bu yolla 8 zərərçəkmişə məxsus 466 491 lari məbləğində pulu dələduzluq yolu ilə mənimsəyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onların hər ikisini avqustun 14-də həbs ediblər. Onlara Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “A” və 3-cü hissəsinin “B” yarımbəndi (əvvəlcədən razılaşdırılmış qrup tərəfindən törədilmiş külli miqdarda dələduzluq; 8 epizod) ilə ittiham irəli sürülüb. Bu isə 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Artıq prokurorluq həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edib.

Təqsirləndirilən şəxslərin törətdikləri ehtimal olunan digər cinayət faktları üzrə Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkəyə gələnlərin sərhəddə barmaq izi alınır
Öncəki yazı
İranın nüvə zərbəsi ilə hədələndiyi iddia edilir