This is a specific ad

Gürcüstanda torpaq sahələrinin pulsuz qeydiyyatı davam edir

489

Another advertisement

Gün ərzində orta hesabla 3500-4000 torpaq sahəsi ölçülür və qeydiyyata alınır.

Qafqatürk Media xəbər verir ki, bu barədə Dövlət Reyestrinin Milli Agentliyi məlumat yayıb.

Hesabata görə, hazırda sistemli torpaq uçotu islahatı çərçivəsində 1 milyon 250 mindən çox torpaq sahəsi ölçülüb.

“Torpaqların sistemli qeydiyyatı Gürcüstanın bütün ərazisində, ölkənin 59 bələdiyyəsində aparılır. İslahat çərçivəsində ölkə üzrə 42 bələdiyyədə tədqiqat işləri başa çatdırılıb.

2022-ci ildən indiyədək 1 milyon 250 mindən çox torpaq sahəsi ölçülmüşdür. 850 mindən çox torpaq sahəsində mülkiyyət hüququ qeydə alınıb.

Layihədən istifadə bütün vətəndaşlar üçün həm torpağın ölçülməsi, həm də qeydiyyatı prosesi tamamilə pulsuzdur”, – reyestr tərəfindən yayılan məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstanda torpaqların sistemli qeydiyyatı islahatı 2022-ci il yanvarın 1-dən başlayıb. İslahatın başa çatdırılması üçün son tarix 2025-ci il yanvarın 1-i müəyyən edilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda ət idxalı artıb
Öncəki yazı
Zuqdididə faciə – Mənzildə baş verən yanğında 2 əkiz yanaraq dünyasını dəyişdi digər əkizlər isə…