This is a specific ad

Zuqdididə faciə – Mənzildə baş verən yanğında 2 əkiz yanaraq dünyasını dəyişdi digər əkizlər isə…

305

Another advertisement

Zuqdididə   binanın altıncı mərtəbəsindəki mənzildə baş verən yanğın nəticəsində 6 yaşlı əkiz uşaq həyatını itirib.

QafqazTürk Media xəbər verir ki, hadisə ötən gecə Bukia küçəsində baş verib.

Verilən məlumata əsasən, yanğın zamanı mənzildə dörd azyaşlı uşaq olub. 6 yaşlı əkizlər mənzildə yanaraq dünyasını dəyişiblər, onlardan kiçik 2 azyaşlı isə xilasedicilər tərəfindən mənzildən çıxarıla bilib. Onlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya yerləşdiriliblər.

Mövcud məlumata görə, sosial sosial təminatlı azyaşlılar  himayədarlıqda olub, lakin sonra sosial qurum onları analarına qaytarıb.

Qeyd olunur ki, ailənin maddi vəziyyəti aşağı olub. Evdə elektrik enerjisi bağlı olduğundan ailə şamdan istifadə edirmiş. Hadisəyə səbəb kimi də ilkin versiyaya görə, yanar şamlar irəli sürülür.

Hadisə yerinə çoxsayda yanğınsöndürmə xidməti və polis səfərbər edilib. Yanğının digər mərtəbələrə keçməsi təhlükəsi olsa da, bir neçə saatdan sonra xilasedicilər yanğını söndürə biliblər.

Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinin 3-cü hissəsi ilə istintaq başlanılıb.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Gürcüstanda torpaq sahələrinin pulsuz qeydiyyatı davam edir
Öncəki yazı
ყველაზე შედეგიანი ოლიმპიადა – საქართველომ, 206 ქვეყანას შორის, 24-ე ადგილი დაიკავა