This is a specific ad

Bu ölkə öz hərbçilərini Gürcüstanda və Azərbaycanda qalmasını qadağan etdi

231

Another advertisement

İsrail Müdafiə Qüvvələrinin komandanlığı ölkənin hərbçilərinin Gürcüstanda və Azərbaycanda qalmasını qadağan edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə yerli rusdilli strana.co.il nəşri məlumat yayıb.

Gürcüstan və Azərbaycandakı İsrail hərbçilərinə bu ölkələri dərhal tərk etmək əmri verilib. Sərəncam həm çağırışçılara, həm də müqaviləli əsgərlərə şamil edilir. İsrail mətbuatının yazdığına görə, sərəncam İranın xaricdə İsrail obyektlərinə hücumlar təşkil ediləcəyi, Gürcüstan və Azərbaycanda çoxlu sayda İran vətəndaşının yaşadığı və bu ölkələrin Tehranla sıx əlaqələr saxlaması ilə bağlı İranın hədəsi fonunda verilib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
ტრაგედია ზუგდიდში – საერთო საცხოვრებლის მეექვსე სართულის ბინაში გაჩენილ ხანძარს 6 წლის ტყუპი ბავშვების სიცოცხლე ემსხვერპლა
Öncəki yazı
Ukraynanın energetika nazirinin müavini yarım milyon dollar məbləğində rüşvət alarkən həbs edilib