This is a specific ad

Moldova prezidenti:”Bu gün biz yalnız Ukraynanın sayəsində təhlükəsizlikdəyik”

23

Another advertisement

Moldova prezidenti Maia Sandu “Financial Times” qəzetinə verdiyi müsahibəsində Rusiyanın Ukraynada uğur qazanacağı təqdirdə Moldovanın da təhlükə altında qalacağını və Moldovanın bu gün təhlükəsiz olmasının Ukraynanın sayəsində olduğunu bildirib.

Sanduya görə, Ukraynada müharibənin başlanmasının ilk həftələrində hadisələr Putinin planlaşdırdığı kimi inkişaf etsəydi, yəqin ki, Rusiya bir tək Ukrayna sərhədlərində dayanmazdı.

“Əgər Rusiya ilk dönəmdən qələbə qazansaydı, onların yalnız Ukrayna sərhədində dayanacaqlarına inanmazdım. Bu gün biz yalnız Ukraynanın sayəsində təhlükəsizlikdəyik”, – Sandu bildirib.

Moldova prezidentinin sözlərinə görə, Rusiya Sovet İttifaqını bərpa etmək istəyir, lakin Moldova sarsılmaz şəkildə demokratik dünyanın bir hissəsi olmasını qarşısına məqsəd qoyur.

“Ruslar Sovet İttifaqını bərpa edərək, köhnə dövrlərə qayıtmaq istəyirlər. Biz isə bunu istəmirik. Moldova 30 il ərzində bufer zona idi və bu, bizim üçün yoxsulluq, korrupsiya, pis hökumət, mühacirət demək idi. Biz, yalnız demokratik dünyanın bir hissəsi olmaq istəyirik. ” – deyə Moldova prezidenti bildirib.

Sonrakı yazı
Rusiya ordusu Xersonu atəşə tutub, altı nəfər ölüb, yaralılar var
Öncəki yazı
İrakli Ğaribaşvili : Gürcüstan Avropaya öz ənənələri ilə daxil olacaq