“Paris Olimpiya Oyunlarının mükafatçıları olmuş gürcü idmançıları “Şərəf” ordeni ilə təltif edilməlidir”.
QafqazTürk media xəbər verir ki, bu barədə ölkəmizin baş naziri İrakli Kobaxidze öz çıxışında bildirib.
Olimpiya çempionlarına gəlincə, İrakli Kobaxidzenin fikrincə, onlar “Qələbə” ordeni ilə təltif olunmalıdırlar.
Baş nazirin sözlərinə görə, bu barədə parlament sədri ilə məsləhətləşmələr aparıblar və yaxın vaxtlarda rəsmi təqdimat olacaq.
“Dünən hər bir vətəndaş, hər bir azarkeş üçün ən xoşbəxt gün idi. 2 qızıl medal və hətta iyirmilikdə yer tutmaq üçün şansımız var. Bu gün Qivi Maçaraşviliyə də eyni uğuru arzulayıram, Laşa Talaxadzeyə çox təşəkkür etmək istəyirəm. O, artıq bir əfsanədir, əvvəllər də elə idi, lakin üçüncü Olimpiya qızıl medalını qazanandıqdan sonra öz statusunu daha da möhkəmləndirdi. Əvvəlki Olimpiadada bəxti gətirməyən Qenonun qələbəsi bizi xüsusilə sevindirdi. İndi o, layiqincə və ləyaqətlə Olimpiya qızılını qazandı.
Sərəncamlara gəlincə, mən hadisələrdən qabağa getmək istəmədim, amma parlamentin sədri ilə məsləhətləşmələrimiz oldu. Düşünürük ki, mükafatçılar “Şərəf” ordeni ilə təltif olunmalıdırlar. Olimpiya çempionlarına gəlincə, onlar ,,Müqəddəs Qiorqi” adına Qələbə ordeni ilə təltif olunmalıdırlar. Bu, bizim rəsmi mövqeyimizdir, bununla bağlı rəsmi təqdimat olacaq”, – Kobaxidze bildirib.