Another advertisement
İsrailin Qəzza şəhərində məktəbə endirdiyi zərbələr nəticəsində azı 100 nəfər ölüb, onlarla insan isə yaralanıb.
QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, israil ordusu, Qəzzanın şərqindəki Əd-Dərac Məhəlləsində qaçqınların sığındığı Ət-Təbiin məktəbinə hücum təşkil edib. Hücum minlərlə insanın sığındığı məktəbdə yerindən edilmişlərin sübh namazı qıldığı vaxt baş verib.
Qeyd edək ki, bundan əvvəl “Sinxua” agentliyi 40 nəfərin öldüyünü bildirmişdi.