This is a specific ad

Xüsusi istintaq xidməti qadına qarşı zorakılıq ittihamı ilə hüquq-mühafizə orqanının əməkdaşını həbs edib

162

Another advertisement

Xüsusi İstintaq Xidmətinin əməkdaşları zorakılıq və hədə-qorxu faktı üzrə Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin müfəttişini həbs ediblər.

QafqazTürk Media xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, 2024-cü il avqustun 6-da Duşeti rayonunun Zemo Bulaçauri kəndində təqsirləndirilən asayiş keşikçisi zərərçəkənin üz və baş nahiyəsinə xəsarət yetirərək, onu və uşaqlarını öldürməklə hədələyib.

“Cinayət 3 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Faktla bağlı Xüsusi İstintaq Xidməti araşdırmaları davam etdirir”, – deyə məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ABŞ Rusiyaya hərbi məhsul ixracatını dayandırması üçün Türkiyəyə xəbərdarlıq edib
Öncəki yazı
İsrail hücum ərəfəsində yeraltı xəstəxana hazırlayır