Another advertisement
Avqust müharibəsinin 16-cı ildönümü ilə əlaqədar NATO Rusiyanı silahlı qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırır.
Qafqaztürk Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazır.
“Biz Rusiyanı Gürcüstanda onun razılığı olmadan yerləşdirdiyi qüvvələri çıxarmağa çağırırıq. Cənubi Osetiya və Abxaziya 16 ildir Rusiyanın işğalına baxmayaraq Gürcüstanın bir hissəsidir. NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir”, – deyə NATO sözçüsü Farah Daxlalah qeyd edib.