This is a specific ad

Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin xoreoqrafik qrupunun Çinə səfəri

161

Another advertisement

Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin xoreoqrafik qrupu Çinə səfər edib.

QafqazTürk Media xəbər verir ki, Marneuli Bələdiyyəsinin Mədəniyyət Mərkəzinin “Enquri” və “İberiya” rəqs ansambllarından ibarət xoreoqrafik qrup, Çin Xalq Respublikasının şəhərlərində solo konsertlər verib.

Konsertlər – “Silk Road Culture Hub” çərçivəsində baş tutub. Marneuli merinin müavini Temur Şubitidze bu ilin mart ayında, “Ümumdünya Teatr Günü” çərçivəsində Çin Xalq Respublikasının Lanqfanq şəhərində işgüzar səfərdə olub.

Səfər zamanı, gürcü xoreoqrafik qrupunun və ənənəvi Çin teatrının birgə konsertləri, həmçinin, rəsmi nümayəndə heyətinin Sian və Huanqanq şəhərlərinə rəsmi səfəri planlaşdırılıb.

Qeyd edək ki, solo konsertlər Sian, Huanqanq və Hişuy şəhərlərində keçirilib. Çinli tamaşaçılar, Gürcüstanın ənənəvi xoreoqrafiyasının çıxışını ilk dəfə olaraq izləyiblər.

Bununla yanaşı, Marneulinin Mədəniyyət Mərkəzinin xoreoqrafiya qrupu Uhan şəhərində keçirilən “Uşaqların Milli İncəsənət Mükafatı Mərasimində” xüsusi qonaq qismində iştirak edib.

Konsertlərdə Marneuli Bələdiyyəsindən olan rəsmi nümayəndə heyətinin üzvləri və sözügedən şəhərlərin yerli özünüidarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

Mədəniyyət Mərkəzinin rəqqasları, Çinə, Marneuli Bələdiyyəsinin Özünüidarəetməsinin maliyyə dəstəyi ilə səfər ediblər.

Kateqoriya: Maraqlı, Marneuli
Sonrakı yazı
დღეს სამი ქართველი პარიზის ოლიმპიადაზე იასპარეზებს
Öncəki yazı
Marneulidə ingilis dili müəlliməsi intihar edib