Türkiyənin Sudandakı səfiri İsmayıl Çobanoğluna silahlı hücum olub. Türkiyənin Sudandakı səfiri İsmayıl Çobanoğlunun maşınına atəş açılıb.QafqazTürk xəbər verir ki, Diplomatik mənbələr hadisəni təsdiqləsə də, itkilər barədə məlumat verilməyib. Türkiyənin Sudandakı səfiri İsmayıl Çobanoğluna silahlı hücum olub Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında aprelin 15-də başlayan qarşıdurmalar davam edir. Çevik Dəstək Qüvvələri sosial media hesabında Türkiyənin Sudandakı səfiri İsmayıl Çobanoğlunun maşınına atəş açıldığını bildirib. RSF bəyanatında Sudan ordusunu günahlandırsa da, diplomatik mənbələr atəşi kimin açdığının bilinmədiyini bildirib. Hücumdan sonra avtomobilə maddi ziyan dəyərkən, ölən və yaralananların olmadığı bildirilib. Araşdırmalar davam edir.
-