Another advertisement
Gürcüstanın Şovi kurort zonasında baş verən faciədən tam 1 il ötür.
QafqazTürk Media xatırladır ki, ötən il avqustun 3-də Gürcüstanın qərbində, Oni bələdiyyəsi zonasında Şovi kurort ərazisində torpaq sürüşməsi baş vermişdir.
Təbii fəlakət nəticəsində avtomobil körpüsü, bağ evləri istifadəyə yararsız hala düşüb, bağ evlərindəki insanlar torpaq kütləsi altında qalıb.
Hadisə nəticəsində sağ qalanlar bildiriblər ki, xilasedici helikopter hadisədən 3 saat sonra fəlakətin episentrinə eniş edib.
Qeyd edək ki, təbii fəlakət 32 nəfərin həyatına son qoyub, onlardan biri hələ də axtarılır.