Qafqaz Türk Media xəbər verir:
İranın dini rəhbəri Əli Xamenei bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Azərbaycan və sülh əleyhinə mövqelərini bir daha vurğuladı.
Xamenei bu görüşdə Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını vurğulayaraq deyib: İran Zəngəzur marşrutunu Ermənistanın zərərinə hesab edir və bu mövqeyində qalmaqda davam edir.
İranın dini rəhbəri Ermənistanla əlaqələrin inkişafına inandığını bəyan edib və bildirib ki, iki ölkə arasında əməkdaşlıq başqa ölkələrin maraqlarından asılı olmayaraq güclü şəkildə davam edəcək.
Xamenei Azərbaycan əleyhinə siyasətini vurğulayarkən, Ermənistanın ABŞ və NATO ilə birgə hərbi təlimlər keçirməsi, bu ölkədə Amerika bazalarının yaradılmasından bəhs etməyib.
O necə deyərlər: anlayana bir söz bir kitabdır.