This is a specific ad

Qara dənizin kurortlarında 150-yə yaxın ictimai iaşə obyekti yoxlanılıb

59

Another advertisement

Milli Qida Agentliyi Qara dəniz kurortlarında 150-yə yaxın iaşə obyektinə baxış keçirib, onlardan 10-da kritik uyğunsuzluqlar aşkar edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Qida Agebtliyi məlumat yayır.

Yayılan məlumata görə, adıçəkilən 10 sahibkarlıq subyekti cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.

“Kurort zonalarında yerli əhalinin və istirahət edənlərin sağlamlığının və hüquqlarının qorunması məqsədilə ictimai iaşə obyektlərinə nəzarət fəal şəkildə aparılır.

Milli Qida Agentliyinin müfəttişləri rotasiya prinsipinə uyğun olaraq turistlərin sıx olduğu bölgələrdə – Quriya və Acarada – Ureki, Şekvetili, Batumi, Kobuleti, Qonio, Kvariati, Sarp və Dağlıq Acarada 150-yə yaxın sahibkarlıq subyekti ilə dövlət nəzarəti həyata keçirilib.

Yoxlama nəticəsində 10 obyektdə kritik uyğunsuzluq aşkar edilib, bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib – sahibkarlıq subyektləri cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.

Yoxlama zamanı qida məhsullarının tarixlərinə, etiketlənməsinə, saxlanma və satış şəraitinə, sanitar-gigiyena normalarına, izlənməsinə xüsusi diqqət yetirilir.

Biznes sektorunu məlumatlandırmaq və istehsal təcrübələrini təkmilləşdirmək üçün Milli Qida Agentliyi daim tövsiyələr verir, maraqlı tərəflərlə görüşür və onlara qida təhlükəsizliyi tələbləri ilə bağlı ən son məlumatları təqdim edir.

Bunun nəticəsidir ki, ictimai iaşə obyektlərində əvvəlki illərlə müqayisədə vəziyyət xeyli yaxşılaşıb ki, bunu Milli Qida Agentliyi tərəfindən istehlakçılar arasında keçirilən sorğu və illik dövlət nəzarətinin nəticələri sübut edir.

Milli Qida Agentliyi 2018-ci ildən turizm mövsümündə rotasiya prinsipi ilə ictimai iaşə obyektlərinin monitorinqini aparır”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Müxalifət “Xarici təsirin şəffaflığı” haqqında qanuna qarşı məhkəmədə iddia qaldırıb
Öncəki yazı
Şair Dünyamalı Kərəmlə vida mərasimi keçirilib