Another advertisement
28 iyul Paris Olimpiya Oyunlarında üç gürcü idmançı mübarizə aparacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Olimpiya Komitəsi məlumat yayıb.
Məlumata görə, bu gün Noe Pantsxava (üzgüçülük), Vaja Marqvelaşvili (cüdo, -66 kq), Giorgi Kuşitaşvili (boks, 92 kq) çıxış edəcəklər.
33-cü Yay Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı 10 idman növündə (üzgüçülük, batutla tullanma, yunan-Roma güləşi, sərbəst güləş, boks, atletika, güllə atıcılığı, qılıncbazlıq, ağır atletika, cüdo) mübarizə aparır.