Venesuela lideri dünyanın ən güclü seçki sisteminə sahib olduqlarını iddia edib

181

Venesuela prezidenti Nikolas Maduro qeyd edib ki, onlar dünyanın ən güclü seçki sisteminə malikdirlər.

QafqazTürk.com xəbər verir ki, o bu barədə ölkədə keçirilən prezident seçkiləri  ilə bağlı görüşdə çıxışı zamanı deyib.

Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkiləri izləmək məqsədi ilə Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib.

Qeyd edək ki, seçkilərdə hazırkı Prezident Nikolas Maduro da daxil olmaqla, 10 namizəd mübarizə aparır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu gün Paris Yay Olimpiya Oyunlarında üç gürcü idmançı mübarizə aparacaq
Öncəki yazı
Pezeşkiandan inqilabi ilk – Azərbaycan dili ilə bağlı